Çin iğtişaşların qarşısını süni intellektlə alacaq
Texnologiya

Çin iğtişaşların qarşısını süni intellektlə alacaq

28.05.2026 01:21 24 baxış
Çin köhnəlmiş rəqəmsal müşahidə sistemlərinin modernləşdirilməsi üzərində işləyir və bu məqsədlə süni intellekt texnologiyalarından fəal şəkildə istifadə edir. Lent.az xarici mediaya istinadla bildirir ki, yeni sistemlər təkcə insanların hərəkətlərini izləmək deyil, həm də onların davranışlarını təhlil etmək və potensial iğtişaşların yaranmasını əvvəlcədən proqnozlaşdırmaq imkanına malik olacaq. Bildirilir ki, əvvəlki müşahidə sistemi “reaktiv” xarakter daşıyırdı və insanların niyyətlərini müəyyən edib anlamağa imkan vermirdi. Yeni sistemin küçə cinayətlərini, yol-nəqliyyat hadisələrini, eləcə də kütləvi etiraz aksiyalarını və icazəsiz toplantıları əvvəlcədən proqnozlaşdırmağa imkan verəcəyi qeyd olunur. Hikvision və Huawei şirkətlərinin bu sistem üçün avadanlıq istehsalı ilə bağlı tenderlər qazandığı bildirilir.
Oxşar xəbərlər
Texnologiya
"iPhone"nun batareyasını gizlicə tükəndirən rejim
28.05.2026
Texnologiya
Telefonunuzun batareyasının ömrünü uzadacaq sadə üsul
28.05.2026
Texnologiya
Haker şəbəkəsi zərərsizləşdirildi
28.05.2026
Əsas Xəbər Axtar Video
Hüquqlarını bilmək, cəmiyyətdəki yerini və məsuliyyətini dərk etməkdir. Daha güclü və ədalətli cəmiyyət üçün maariflənmək vacibdir. Odur ki, doğru ünvandasınız.
© 2025 korrupsiya.info.az — Bütün hüquqlar qorunur